fbpx

“Whatsapp”da yeni funksiya istifadəyə veriləcək

BEY.AZ informasiya agentliyi xəbər verir


“Whatsapp”da yaxın zamanda mesajlara reaksiya bildirmək funksiyası istifadəyə veriləcək.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, mesajlara emojilər vasitəsilə reaksiya bildirmək funksiyası son test mərhələsindədir.

Sözügedən funksiyanın hazırlandığına dair sübutlar hələ keçən ilin yayında ortaya çıxmışdı. Bu funksiya vasitəsilə Whatsapp istifadəçiləri bu və ya digər mesaja standart cavab yazmaq əvəzinə sürətli reaksiyalar bildirə biləcəklər.

Hazırda yalnız 6 reaksiya emojisi aktivdir. İstifadəçi onlardan birini seçdikdən sonra seçilmiş emoji mesajın alt hissəsində əks olunacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu