fbpx

Azərbaycan yığmaları növbəti qələbələrini qazandılar



Macarıstanın paytaxtı Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 4-cü tur başa çatıb.

BEY.AZ xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan yığması IV turda Monteneqro üzərində qələbə qazanıb – 3:1. Hesabat turunda Aydın Süleymanlı ilə Şəhriyar Məmmədyarov qalib gəliblər. Nicat Abasov və Rauf Məmmədov heç-heçə oynayıblar.

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Sloveniya komandasını üstələyib – 3:1. Günay Məmmədzadə ilə Gövhər Beydullayeva partiyanı qələbə ilə bitirib. Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova isə heç-heçə ilə kifayətləniblər.

Qeyd edək ki, Şahmat Olimpiadasına sentyabrın 23-də yekun vurulacaq.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin