fbpx

Azərbaycan və Çin arasında memorandum imzalanacaq

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan və Çin arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıqla bağlı memorandum imzalanacaq.

BEY.AZ xəbər verir ki, bu barədə qərar Baş prokuror Kamran Əliyevin Pekinə işgüzar səfəri çərçivəsində çinli həmkarı Yinq Yonq ilə ikitərəfli görüşündə qəbul edilib.

Tərəflər prokurorluqlar arasında hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquqlarının qorunması, qarşılıqlı peşəkar səfərlər və təcrübə mübadiləsini nəzərdə tutan əməkdaşlıq haqqında memorandumun imzalanması barədə razılığa gəlinib.

Bundan başqa, Yinq Yonq həmkarını növbəti ilin aprel ayında Makauda keçiriləcək Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin iclasına, Kamran Əliyev isə həmkarını 2024-cü ilin sentyabr ayında ölkəmizdə keçiriləcək ümumdünya prokurorlarının illik konfransına işgüzar səfərə dəvət edib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Azərbaycan #və #Çin #arasında #memorandum #imzalanacaq

Bir Cevap Yazın

Başa dön tuşu