İngiltərə klubu iki türk futbolçu ilə maraqlanır
İngiltərə Premyer Liqa təmsilçisi “Nottingem Forest” Türkiyə millisindən 2 oyunçunu transfer edə bilər.
BEY.AZ xarici mediaya istinadən xəbər verir ki, klubun “Qalatasaray”dan Barış Alper Yılmaz və “Beşiktaş”dan Semih Kılıçsoyla maraqlandığı iddia edilib.
Xəbərin təfərrüatlarında İngiltərə komandasının Barış Alper Yılmaz və Semih Kılıçsoyu heyətinə qatmaq üçün Avropanın böyük klubları ilə rəqabət aparmalı olacağı qeyd edilib.
Qeyd edək ki, Barış Alperin “Qalatasaray”la 2027-ci ilə qədər, Semihin isə “Beşiktaş”la 2028-ci ilə qədər müqaviləsi var.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |