fbpx

Şəhərsalma və Arxitektura Komitəsinin sədri Şirvanda vətəndaşları qəbul edəcək

BEY.AZ informasiya agentliyi xəbər verir

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev iyunun 21-də Şirvanda vətəndaşları qəbul edəcək.

Bu barədə Metbuat.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.

Məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Şirvanda yerləşən Mədəniyyət Mərkəzində keçiriləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar qeydiyyat üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (+994 12) 493 34 67, (+994 12) 595 13 50 (daxili 598; 599) nömrəli telefonları vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, Komitənin www.arxkom.gov.az internet səhifəsinin “əlaqə” bölməsində yerləşən müraciət formasını dolduraraq qəbula yazılmaq mümkündür.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu