fbpx

Baş nazirin müavini vəzifədən azad edildi



Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası (MR) Baş nazirinin müavini vəzifəsindən azad olunub.

BEY.AZ bildirir ki, Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sentyabrın 24-də imzaladığı sərəncama əsasən, Bəxtiyar İbrahim oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, Naxçıvan MR Baş nazirinin müavini Bəxtiyar İbrahim oğlu Məmmədovun VII çağırış muxtar respublika Ali Məclisinə deputat seçilməsi Naxçıvan MR Ali Məhkəməsinin müvafiq qərarı ilə təsdiqlənib. Bunu nəzərə alaraq o, tutduğu vəzifədən azad olunub.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin