fbpx

Kolleclərə qəbul üçün 26 mindən çox abituriyent ərizəsini təsdiqlədib

BEY.AZ informasiya agentliyi xəbər verir


Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən Metbuat.az-a bildirilib ki, ərizələr aprelin 25-i saat 23:59-dək qəbul olunacaq. Aprelin 19-u saat 09:30-a olan məlumata görə, 26 min 778 (Azərbaycan bölməsi -26 min 46; rus bölməsi – 732) abituriyent ərizəsini təsdiq edib.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və parolu ilə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər.

Sənəd qəbulu haqqında elanın tam mətni Mərkəzin saytında yerləşdirilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu