“Real”ın kapitanı ciddi zədələndi
İspaniya La Liqasının IX turunda “Real Madrid” klubunun kapitanı Dani Karvahal ciddi zədə alıb.
BEY.AZ-ın məlumatına görə, “Kral klubu”nun doğma meydanda “Vilyarreal”la oynadığı matçın sonlarında 32 yaşlı müdafiəçinin ayağı burxulub. Karvahal ağrıdan göz yaşlarını saxlaya bilməyərək, meydanı xərəkdə tərk etmək məcburiyyətində qalıb.
Oyun “Real”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |