fbpx

Ağcabədi xəstəxanasının rəhbər şəxslərinə cinayət işi açıldı

BEY.AZ informasiya agentliyi xəbər verir



Ağcabədi xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi başlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin həkimləri barəsində rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İbtidai istintaqla həmin tibb müəssisəsinin əməliyyat bölməsinin müdiri Həbib Məmmədov və reanimasiya şöbəsinin müdiri Ruhəngiz Kərimbəylinin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək göstərdikləri qüsurlu tibbi xidmət nəticəsində ehtiyatsızlıqdan Qırımxan Qasımovun ölümünə səbəb olmalarına, həmçinin Həbib Məmmədovun cinayət məsuliyyətindən azad olmaq məqsədilə iş üzrə şahidi pulla ələ almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Həbib Məmmədova Cinayət Məcəlləsinin 299.1 (şahidin yalan ifadə verməsi məqsədi ilə onu pulla ələ alma) və 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Ruhəngiz Kərimbəyliyə isə Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Qeyd edək ki, ölüm hadisəsi ötən ilin avqust ayında baş verib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ağcabədi #xəstəxanasının #rəhbər #şəxslərinə #cinayət #işi #açıldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu