fbpx

Bərxudarovun yerinə keçən Vilayət Quliyev kimdir?



Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunda kadr dəyişikliyi olub. General-mayor Quliyev Vilayət Bərxuda oğlu 2-ci ordu korpusuna komandir təyin olunub. Mayis Bərxudarov isə sərəncama götürülüb.

BEY.AZ-ın məlumatına görə, 2-ci ordu korpusunun yeni komandiri Vilayət Quliyev Cəbrayıl rayonundandır.

General-mayor Quliyev Vilayət Quluyev Şuşanın azad edilməsində iştirak edən zabitlərdən olub. Vətən Müharibəsinin gedişində ayağından qəlpə yarası alsa da, qısa müddət sonra döyüşlərə qayıdıb.

Füzuli, Cəbrayıl, Hadrut və bir çox istiqamətlərdə yaşayış məntəqələrinin də işğaldan azad edilməsində iştirak edib.

V.Quliyev şücaətlərinə görə Prezidentin Sərəncamı ilə “Rəşadət” ordeni ilə təltif edilib.

Zaur Əliyev / BEY.AZ






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin