fbpx

“Mançester Siti” ilk dəfə UEFA Çempionlar Liqasının qalibi oldu

BEY.AZ informasiya agentliyi xəbər verir



UEFA Çempionlar Liqasında 2022-2023-cü il mövsümünə yekun vurulub.

Metbuat.az xəbər verir ki, həlledici matçda İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” klubları üz-üzə gəliblər.

İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçirilən görüşdən əvvəl möhtəşəm açılış mərasimi təşkil olunub.

Açılış mərasimindən sonra final matçına start verilib.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Mançester Siti” 1:0 hesablı qələbə qazanıb və İngiltərə klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Matçdakı yeganə qol 68-ci dəqiqədə vurulub. Cərimə meydançasındakı qarışıqlıqdan sonra top Rodrinin qarşısına düşüb. İspaniyalı yarımmüdafiəçi isə qüvvətli və dəqiq zərbə ilə komandasına tarixi qələbə qazandırıb.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Mançester #Siti #ilk #dəfə #UEFA #Çempionlar #Liqasının #qalibi #oldu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu