Türk iş adamı “Barselona”ya görə çətin vəziyyətə düşdü
“Nou Kamp” stadionunun tikintisində işlərin ləng getməsi türk iş adamı Nihat Özdəmirə məxsus “Limak Holdinq”i narahat edib.
BEY.AZ xəbər verir ki, layihə göstərilən tarixdə tamamlana bilməsə, “Limak” böyük təzminat ödəyəcək. Məlumata görə, “Limak Holdinq”, “Spotify Nou Camp”ın yenilənməsi üçün ötən il “Barselona” ilə müqavilə imzalayıb. Layihə başa çatdıqdan sonra stadionun tamaşaçı tutumunun 99 min nəfərdən 105 min nəfərə çatdırılması planlaşdırılır. Stadion bu il qismən gələn il isə tamamilə istifadəyə verilməli idi. İspaniya mətbuatında yer alan xəbərlərə görə, “Barselona” “Kamp Nou”dan istifadə etmədiyi bir il ərzində 100 milyon avro itirib.
Bildirilir ki, stadion planlaşdırılan tarixdə tamamlanmasa, Nihat Özdemirə məxsus “Limak Holdinq” “Barselona” klubuna hər gecikən günə görə 1 milyon avro təzminat ödəyəcək.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |