fbpx

Bu fənlər üzrə bütün vakansiyalar dolub

BEY.AZ informasiya agentliyi xəbər verir


Müəllimlərin işə qəbulu üzrə müsabiqədə son iki ildə vakant yerlərə yerləşdirilməyə dair müqayisəli statistika açıqlanıb.

Təhsil İnstitutundan Metbuat.az-a bildirilib ki, ötən il vakansiya seçimi mərhələsində olduğu kimi, cari ildə də Azərbaycan bölməsi üzrə Azərbaycan dili və ədəbiyyat, coğrafiya, fransız dili, ibtidai sinif, tarix və texnologiya fənlərindən müsabiqəyə təqdim olunan bütün vakansiyalar namizədlər tərəfindən tutulub.

Məlumata görə, Azərbaycan dili, alman dili, fiziki tərbiyə, informatika, kimya, musiqi, rus dili və ədəbiyyatı, təsviri incəsənət fənlərində həm Azərbaycan, həm də rus bölməsi üzrə vakant yerləri tutmuş namizədlərin sayı ötən illə müqayisədə artıb.

Qeyd edək ki, bu il Azərbaycan və rus bölməsi üzrə ümumilikdə 10 000-dən artıq vakant yer müəllimlərin işə qəbulu üzrə müsabiqəyə təqdim edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#fənlər #üzrə #bütün #vakansiyalar #dolub

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu