fbpx

İsrail ordusu Suriyada “Hizbullah”ın bölmələrini vurdu



İsrail ordusu Suriyanın Şam şəhəri yaxınlığında “Hizbullah”ın kəşfiyyat bölmələrinə hava hücumu edib.

BEY.AZ xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, hücum zamanı Sayeda Zeinab bölgəsi hədəf alınıb. Həlak olan və yaralananlar barədə məlumat verilməyib.

İsrail ordusundan verilən açıqlamaya görə, İsrail qırıcıları Suriyada “Hizbullah”a aid kəşfiyyat mərkəzlərini hədəf alıb. Hücum edilən yerlərin “Hizbullah”ın kəşfiyyat toplama və təhlil işlərini həyata keçirən bölmələr olduğu vurğulanıb.

Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, yerli saatla 18:05-də İsrail ordusu Şamın cənubundakı bir neçə nöqtəni hava hücumu ilə hədəfə alıb.

Xəbərdə “Hava müdafiə sistemlərimiz düşmən tərəfindən Colan təpələrindən atılan raketləri qarşılayaraq əksəriyyətini vurub. Hücum nəticəsində maddi ziyan dəyib”, – ifadəsi qeyd edilib.

Qeyd edək ki, İsrail ordusu Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsindən bəri zaman-zaman İranın dəstəklədiyi qruplara və Suriya ordusuna məxsus hərbi obyektlərə də hücumlar təşkil edir.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin