fbpx

Zaqatalada hazırlıq mərkəzinin rəhbəri cərimələnib

BEY.AZ informasiya agentliyi xəbər verir

Zaqatalada hazırlıq mərkəzi cərimələnib.

Bu barədə Metbuat.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, “Zaqatala Modern Hazırlıq Mərkəzi” MMC-də əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı daxil olan müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılan araşdırmalarla şirkət tərəfindən bir nəfər şəxsin Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edildiyindən MMC-nin direktoru Vüqar Bəkirov və MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq vəzifəli şəxslə bağlı qərarın surəti zəruri sənədlərlə birlikdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki-Zaqatala Regional Şöbəsinə, hüquqi şəxslə bağlı qərarın surəti isə aidiyyatı üzrə baxılmasından ötrü Zaqatala Rayon Məhkəməsinə göndərilib.

Nəticədə Vüqar Bəkirov 4200 manat məbləğində, hüquqi şəxs “Zaqatala Modern Hazırlıq Mərkəzi” MMC isə 20 min manat məbləğində inzibati cərimə edilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu