fbpx

Nazirlikdən intihara cəhd edən qazi ilə bağlı AÇIQLAMA

BEY.AZ informasiya agentliyi xəbər verir


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xaçmazda intihara cəhd edən Əsədullayev Yusif Seyfulla oğlu barədə açıqlama yayıb.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, Vətən müharibəsi iştirakçısı Əsədullayev Yusif Seyfulla oğluna 28.05.2021-ci il tarixdən III dərəcə müharibə əlilliyi təyin edilib və ona 300 manat məbləğində Prezidentin aylıq təqaüdü ilə yanaşı, əlilliyə görə 623.51 manat məbləğində pensiya ödənilir.

Bildirilib ki, Yusifə həmçinin 4400 manat sığorta ödənişi, YAŞAT Fondu tərəfindən 14648.17 manat maddi yardım edilib. Vətəndaşın anası Əsədullayeva Ağbəniz Cəlil qızı “Maldarlıq təsərrüfatı” zərfi üzrə özünüməşğulluq proqramına müraciət edərək aktivlərlə təmin olunub.

Müharibə bitdikdən sonra məşğulluq filialına yaxınlaşaraq özünüməşğulluq proqramına cəlb olunmaq istədiyini bildirib.

Xaçmaz rayon İH tərəfindən 30.08.2021-ci il tarixində imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülüb.

O, 27 sentyabr 2021-ci ildə nazirlik tərəfindən imtiyazlı şəxs kimi minik avtomobili ilə təmin olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu