Ermənistan höküməti “dağılır” – Gecə istefa verdi
Ermənistanın infrastruktur naziri Qnel Sanosyan və Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyanın baş nazir Nikol Paşinyanla sərt söhbətdən sonra istefa ərizəsi yazdığı iddia edilir.
BEY.AZ xəbər verir ki, bu barədə “Shamshyan.com” saytı məlumat yayıb.
Bununla yanaşı, “24nyus” Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Kazaryan və İstintaq Komitəsinin rəhbəri Argişti Kərəmyanın da istefa verdiyini bildirib.
Hazırda bu istefaların rəsmi təsdiqi yoxdur. Məlumatlara görə, baş nazir Nikol Paşinyanın Nazirlər Kabinetinin iclasında təhlükəsizlik qüvvələrinə yönəlik sərt tənqidlərindən sonra bu proseslər baş verib. Tezliklə rəsmi qərarların elan olunacağı gözlənilir.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |