fbpx

Sabiq bələdiyyə sədri 2 milyon manata yaxın torpaq sahələrini ələ keçirmək istəyib

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda sabiq bələdiyyə sədri 1,8 milyon manatlıq torpaq sahələrini ələ keçirməyə cəhd edib.

Bu barədə Metbuat.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail bələdiyyəsinin sabiq sədri barəsində cinayət işi üzrə ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsində tamamlanıb:

“Bəzi media qurumları tərəfindən Səbail bələdiyyəsinin sabiq sədri Hüseynov Əhməd Həsən oğlunun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işinin başlanmasına dair dəqiqləşdirilməmiş məlumatlar yayılıb.

Qeyd edilir ki, Əhməd Hüseynovun Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilib.

İstintaqla Əhməd Hüseynovun qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və bələdiyyəyə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etməsi, habelə rəsmi sənədi ilə saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Əhməd Hüseynova Cinayət Məcəlləsinin 29, 178.4, 309.1, 313 və digər maddələri ilə ittiham elan edilib və 27.12.2022-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sabiq #bələdiyyə #sədri #milyon #manata #yaxın #torpaq #sahələrini #ələ #keçirmək #istəyib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu