fbpx

Santuşdan DÇ-2026-nın püşkü ilə bağlı açıqlama

Rüya Yorumları burda

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş DÇ-2026-nın seçmə mərhələsinin püşkünü dəyərləndirib.

BEY.AZ xəbər verir ki, o bu barədə fikirlərini AFFA-nın saytına açıqlayıb: “Artıq püşk atılıb, heç nəyi dəyişmək mümkün deyil. İndi daha vacibi rəqibləri yaxından tanımaqdır. Fransa, yoxsa Xorvatiya ilə qarşılaşacağımız UEFA Millətlər Liqasının pley-off mərhələsindən sonra bəlli olacaq. Digər rəqiblərimiz isə Ukrayna və İslandiya seçmələridir. İndi ən önəmlisi komandamızı bu oyunlara hazırlamaqdır. Mart və iyunda rəsmi matçlarımızın olmaması yaxşı haldır.

Qrup oyunlarına hazırlaşmaq üçün vaxtımız olacaq. Həmin dönəmlərdə yoldaşlıq görüşləri keçirəcəyik ki, yığmamız sentyabrda başlayacaq seçmə mərhələ matçlarına hazır olsun”.

Qeyd edək ki, millimizin D qrupundakı rəqibləri UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin Fransa – Xorvatiya cütünün qalibi, həmçinin Ukrayna və İslandiya yığmalarıdır. Bu qrupda mübarizə 2025-ci ilin sentyabrında başlayacaq.



Rüya tabirlerini burdan oku

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu