fbpx

Elgiz Əkbərin bu sualı Əməkdar artisti əsəbiləşdirdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Əməkdar artist Şəbnəm Tapdıqla aparıcı Elgiz Əkbər arasında mübahisə yaşanıb.

Metbuat.az bizim.media-ya istinadən xəbər verir ki, Elgiz Əkbərin aparıcısı olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində “Ərə getmək istəməyən qızlara nə demək istəyirsiniz?” sualını verməsi sənətçini qəzəbləndirib.

Ş.Tapdıq əsəbi halda E.Əkbərə belə cavab verib:

“Heç xınanın yeridir, get, onlardan soruş. Ərə getmək istəməyən özü bilər. Bir dairəyə top atmısınız, fırlanıb gəlir mənə. Verilişə gəlməzdən əvvəl prodüserə bildirdim ki, bir dənə artıq-əskik sual verməyin. Elə xanımlar var ki, alanı çoxdur getmək istəmir. Həmin xasiyyətdən biri də mənəm. Üniversitet vaxtları nələr oldu, dedim, yox. Mən bir qadın kimi özüm öz ayaqlarımın üstündə dayanıram”.
Proqramın digər aparıcısı Pərvanə Tahirqızının “Bəs, sevgi” sualına Şəbnəmin reaksiyası belə olub:

“Hansı sevgidən danışırsan? Bu qədər evlənən var, niyə ayrılırlar? Heç kimin ixtiyarı yoxdur, desin, sən niyə ərə getmirsən? Mənəviyyatı təmiz insanlarla işiniz olmasın. Gedin, bu sözü eləsinə verin ki, sən niyə bu qədər adamla gəzirsən?

O gün bir xanımla tanış olmuşam, deyir, qardaşım sənin üçün ölürdü. Cavab verdim ki, gözüm aydın. Sərt xasiyyətli qadınam, evim, maşınım var, Nə edirəm kişini. Əsəblərimlə oynasın?”





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Elgiz #Əkbərin #sualı #Əməkdar #artisti #əsəbiləşdirdi

Bir Cevap Yazın

Başa dön tuşu