Çinli alimlərdən SEVİNDİRİCİ XƏBƏR: “Omikron” sürətli deyil çünki…
BEY MEDIA İnformasiya agenti xəbər verir
Çinli bioloqlar koronavirusun “omikron” və “delta” variantlarını müqayisə edən zaman aşkar ediblər ki, “omikron” daha zəif sürətlə yayılır.
Metbuat.az xəbər verir ki, alimlərin fikrincə, omikron variantı delta ştammından qat-qat yoluxucu olsa da onun sürətinə mane olan səbəblər var. Əks halda, “omikron” “delta”nı 10-20% qabaqlaya bilərdi. Bunu dəqiqləşdirmək üçün Honq-Konq Universitetinin bioloqları Suriya hamsterləri üzərində aparılan təcrübələrdə “SARS-CoV-2″nin “omikron” və “delta” variantlarının yoluxuculuğunu müqayisə ediblər. Məlum olub ki, “delta” variantı əvvəllər heç vaxt koronavirusla təmasda olmayan hamster populyasiyalarında daha tez yayılıb. Alimlər qeyd ediblər ki, hazırda dünya əhalisinin əhəmiyyətli hissəsi “SARS-CoV-2″nin əvvəlki növlərinə qarşı immunitet qazandığı üçün “omikron” o qədər də sürətlə yayılmır və öldürücü deyil.
Qeyd edək ki, koronavirusun “omikron variantı” (B.1.1.529) 2021-ci ilin payızının sonlarında Cənubi Afrika və digər Afrika ölkələrində yayılmağa başlayıb. Bu günə qədər 80-dan çox ştatda müəyyən edilmişdir.
Aidə Fətəliyeva / METBUAT.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.