Rusiyadan son xəbərdarlıq: Putinin dəhşətli planı üzə çıxdı
BEY MEDIA İnformasiya agenti xəbər verir
Rusiyanın ABŞ və NATO ilə apardığı “təhlükəsizlik zəmanəti”nə dair danışıqların bəzi detalları məlum olub.
Metbuat.az “Nyu York Tayms” qəzetinə istinadən xəbər verir ki, rusiyalı diplomatlar xəbərdarlıq ediblər ki, Vaşinqton güzəştə getməsə, Rusiya nüvə raketlərini ABŞ sahillərinə yerləşdirəcək.Ruslar raketlərin hansı ərazilərə yerləşdiriləcəyi barədə əlavə məlumatlar deməyib. Xəbərdə bildirilir ki, Xarici İşlər naziri Sergey Lavrov mediaya açıqlamasında Rusiyanın Kuba və Venesuelaya hərbi qüvvə yerləşdirə biləcəyini açıqlayıb. Ehtimal etmək olar ki, nüvə silahı da bu ölkələrə yerləşdirilə bilər.
Qeyd edək ki, prezident Vladimir Putinin ABŞ və NATO-dan təcili tələb etdiyi “təhlükəsizlik zəmanəti” 1997-ci ildən sonra Avropaya yerləşdirilən hərbi qüvvə və silahların geri çəkilməsini, NATO-nun şərq ölkələrinə hərbi qüvvə yerləşdirməsini dayandırmasını və digər şərtləri əhatə edir.
Əlavə edək ki, Cenevrədə keçirilən danışıqlar uğursuz başa çatıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.