Cüdo üzrə Azərbaycan birinciliyi başa çatıb
BEY MEDIA İnformasiya agenti xəbər verir
18 yaşadək yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi başa çatıb.
Federasiyanın Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövsan qəsəbəsində yerləşən İdman Sağlamlıq Mərkəzində keçirilən yarışa 76 rayon və şəhərdən olan klub, cəmiyyət və idman təşkilatlarından cüdoçular qatılıb.
Nəticələrə əsasən, 25 komanda müxtəlif əyarlı medal qazanıb, onlardan 13-ü regionları təmsil edib.
Ümumilikdə Azərbaycan birinciliyində 514 idmançı (439 oğlan, 75 qız) medallar uğrunda mübarizə aparıb. Yarışın son nəticəsinə görə, ümumi komanda hesabında 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi (Bakı şəhəri) 1-ci, “Neftçi” İdman Klubu 2-ci, 1 nömrəli Təhsil Respublika İdman Mərkəzi (Sumqayıt) isə 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, yarışın əsas məqsədi Azərbaycanda cüdonun coğrafiyasını genişləndirmək, yeniyetmələr arasında idmanın kütləvi təbliğinə və təşviqinə nail olmaq, eyni zamanda perspektivli namizədləri yığma komandaya seçmək idi.
Yarışlara ilk dəfə paytaxt Bakı istisna olmaqla, 34 müxtəlif regiondan olan idmançılar qatılıblar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.