fbpx

“Azəriqaz” rəhbəri limiti keçməyən abonentlərin sayını AÇIQLADI

BEY MEDIA İnformasiya agenti xəbər verir


“Son tarif dəyişikliyindən sonra limitlər üç qrupa bölünür. 1200, 2500 və 2500 kubmetrdən yuxarı. 2021-ci il ərzində 52,5% abonent, təxminən 1 milyon 262 min 820 abonent aşağı limit tarifindən, yəni 1200 kubmetrdən istifadə edib”.

Metbuat.az xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələrinin suallarını cavablandırarkən bildirib. Baş direktor qeyd edib ki, 1 milyon 443 min abonent 1200 kubmetri keçməyib.

“Qaz limitini keçməyən əhali qrupu təxminən 47,5%-dir. İlin ortasında dəyişiklik olduğuna görə bu rəqəmlər fərqlidir. Belə ki, 1 milyon 142 min 413 abonent sonuncu tariflə, yəni 1200 kubmetri keçməyənlərdir. Bu da 47,5 faiz təşkil edir”, – deyə baş direktor bildirib.

Görüş zamanı bir sıra mühüm məsələlərə aydınlıq gətirən Ruslan Əliyev 2021-ci ildə “Azəriqaz” İstehsalat Birliyinin 7,52 milyard kubmetr təbii qaz qəbul etdiyini açıqlayıb. Birlik rəhbərinin sözlərinə görə, bu, 2020-ci illə müqayisədə 774 milyon kubmetr və yaxud 11,5% çoxdur.

“Ötən ilki həcm əvvəlki illərlə müqayisədə ən çox qəbul edilmiş həcmdir. Bunun 5,43 milyard kubmetri əhaliyə, 2,1 milyard kubmetri isə sənaye müəssisələrinə satılıb”, – deyə Ruslan Əliyev media nümayəndələrinin diqqətinə çatdırıb.

Baş direktor KİV nümayəndələri ilə bərabər vətəndaşların sosial şəbəkələr üzərindən ünvanladıqları sualları da cavablandırıb. Bundan əlavə baş direktor Birlik yanında yaradılan İctimai Şura üzvlərinin fəaliyyətini yüksək dəyərləndirdiyini bildirərək Şura üzvlərinə təşəkkür edib. Həmçinin Ruslan Əliyev şəffaf və operativ şəkildə çalışmaları üçün ”Azəriqaz” İB tərəfindən onlara istənilən şəraitin yaradıldığını bildirib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin