fbpx

Yəmənin paytaxtı BOMBALANDI: Ölən və yaralananlar var

Rüya Yorumları burda

BEY MEDIA İnformasiya agenti xəbər verir


Ərəb koalisiyası Yəmənin paytaxtı Sənanı bombaladığını elan edib.

Metbuat.az xəbər verir ki, bu barədə “Sky News Arabia” açıqlama yayıb. Məlumatda qeyd olunur ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası bazar ertəsi axşam şiə hərəkatı Ənsar Allah (Husi) BƏƏ ərazisinə endirdiyi zərbələrə cavab olaraq Yəmənin paytaxtı Sənanı bombalamağa başladığını elan edib. Partlayışların “terrorçu liderləri”ni hədəf aldığı bildirilir.

“Koalisiya hava qüvvələri Səna səmasında gecə-gündüz əməliyyat keçirir. Biz mülki şəxsləri təhlükəsizlikləri üçün hərbi düşərgələrdən və husilərin toplaşdığı yerlərdən uzaq durmağa çağırırıq”, – mesajın mətnində deyilir.

Rüya tabirlerini burdan oku

İddia olunur ki, F-15 qırıcı-bombardmançı təyyarələri Əmirliklərə zərbələr endirmək üçün istifadə edilən iki ballistik raket buraxılış qurğusunu artıq məhv edib.

Hücum nəticəsində 4 nəfərin öldüyü, 5 nəfərin yaralandığı barədə məlumatlar var. Qeyd edək ki, bazar ertəsi səhər BƏƏ-nin paytaxtı Əbu-Dabidə silsilə partlayışlar baş verib, yerli polisin məlumatına görə, səbəb pilotsuz təyyarənin hücumu olub. Xüsusilə, Milli Neft Şirkətinin yanacaq anbarlarının yaxınlığında üç yanacaq çəni partlayıb, daha bir partlayış Əbu-Dabi hava limanında yeni tikililərin ərazisində kiçik yanğına səbəb olub. Nəticədə 3 nəfər – bir Pakistan və iki Hindistan vətəndaşı həlak olub, daha 6 nəfər yaralanıb.

2014-cü ilin avqustundan Yəməndə hökumət qüvvələri ilə husilər arasında silahlı qarşıdurma davam edir. 2015-ci ildən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin rəhbərlik etdiyi ərəb koalisiyası da hökumətin tərəfində vuruşur.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu