fbpx

Amerikalılara pulsuz koronavirus testləri veriləcək

BEY MEDIA İnformasiya agenti xəbər verir


ABŞ-da “Omikron” variantının sürətlə yayılması zamanı testə artan tələbat fonunda maraqlı bir addım atılıb.

Metbuat.az xəbər verir ki, yanvarın 19-dan etibarən fəaliyyətə başlayan “COVIDTests.gov” saytından virusa yoluxduğunu düşünən hər kəs dörd pulsuz COVID-19 testi sifariş edə biləcəkdir. Bu barədə Ağ Ev-in mətbuat xidmətindən bildirilib ki, ABŞ hökuməti artıq 420 milyondan çox test üçün müqavilə də bağlayıb.

Məlumatın davamında qeyd olunur ki, Prezident Coi Bayden amerikalılar üçün 1 milyard pulsuz test almağı vəd edib. Hətta gələcəkdə daha çox test də sifariş də verilə bilər.

Administrasiya həmçinin internetə çıxışı olmayan insanlar üçün testlər sifariş etmək üçün telefon xətti açmağı planlaşdırır. Sifariş verildikdən sonra testlər ABŞ Poçt Xidməti tərəfindən ABŞ ev təsərrüfatlarına göndəriləcəkdir.

Buna baxmayaraq tənqidçilər düşünürlər ki, administrasiya diqqətini amerikalıların peyvənd olunmasına yönəltsə də, Bayden amerikalılara maska taxmağı və sınaqdan keçməyi təşviq etmək üçün kifayət qədər iş görməyib.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin