fbpx

Yas məclisi təşkil edənlər HƏBS EDİLDİ

BEY MEDIA İnformasiya agenti xəbər verir


Qaradağ rayonunda restoranda yas məclisi təşkil edən şəxslər inzibati qaydada həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbir zamanı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq Lökbatan qəsəbəsində yerləşən “Lion Garden” restoranında karantin qaydalarına zidd olaraq yas mərasimi keçirildiyi müəyyən edilib. Polislər həmin obyektə baxış keçirərkən karantin qaydalarının kobud şəkildə pozulduğunu aşkar ediblər. Restoranı icarə əsasında işlədən Elməddin Əliyev və yas mərasimini təşkil edən Vasif Yəhyayev saxlanılaraq Polis İdarəsinə gətirilib. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs 8 sutka inzibati qaydada həbs edilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin