fbpx

Qubadlıda yeni qərargah bina­sı istifadəyə verilib

BEY MEDIA İnformasiya agenti xəbər verir


Yanvarın 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının yeni qərargah bina­sı istifadəyə verilib.

Bu barədə Metbuat.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar təşkil olunan mərasimdə yeni qərargah binasının açılışa hazır olması barədə DSX rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədov Xidmətin rəisinə məruzə edib. General-polkovnik Elçin Quliyev əlamətdar tədbir münasibətilə şəxsi heyəti təbrik edib.

Tədbirdə çıxış edənlər Azərbaycan Prezidenti, Silahlı Qüv­və­lərin Müzəffər Ali Baş Komandanı İlham Əli­yevin tapşırığına uyğun olaraq azad edilən ərazilərimizdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasını, hərbi qulluqçu­ların xidməti şəraitinin və sosial təminatının yaxşılaş­dırılması üzrə ardıcıl tədbir­lərin həyata keçiril­diyini qeyd edib, ötən il ərzində Cəbrayıl, Zəngilan, QubadlıLaçın rayon­larının ərazisində 19 yeni hərbi hissənin, 100-dən artıq sərhəd-döyüş məntəqəsinin xidməti-döyüş fəaliyyətinə başla­masını bildiriblər.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Mü­zəffər Ali Baş Komandanı İlham Əliyevin ötən il ərzində işğaldan azad edilən ərazilərdə DSX-nin 4 yeni hərbi hissəsinə gəlişinin sərhəd mühafizəsi məsələ­lərinə göstərilən ali etimadın və dövləti qayğının növbəti ifadəsi olduğu, sərhədçiləri xidməti uğurlara ruhlandırdığı xüsusi vurğu­lan­ıb.

Vətən müharibəsində döyüş tapşırıqlarını uğur­la icra edərək qəhrəmanlıq sal­namələri yazmış sərhədçilərin bu gün də düşmən tapda­ğından azad olunan müqəd­dəs sərhədlərimzin toxunulmazlığının təmin edil­məsi vəzifəsini şərəflə yerinə yetirdikləri qeyd olunub.

Açılış mərasiminin rəmzi lenti kəsildikdən sonra qərargah binasında yaradılmış şəraitə baxış keçirilib. Qeyd edilib ki, burada şəxsi heyətin yüksək səviyyədə xidmət aparmaları üçün lazımi şəraitlə təmin edilən iş otaqları, konfrans zalı, növbətçi otaq mövcuddur. Bina daimi su və elektrik enerjisi, istilik sistemi ilə təchiz olunub. Ərazidə abadlıq iş­ləri aparılıb, asfalt örtüyü salınıb, ağaclar əkilib.

İnzibati binanın qarşısında ucaldılan DSX-nin Vətən müha­ribəsində həlak olan hərbi qulluqçularının xatirəsinə həsr edilən abidə qarşısına güllər düzülüb.

Tədbir çərçivəsində DSX-nin sıralarında Vətən müharibəsində iştirak edərək şücaət göstə­rən, hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qul­luq­çularının Azərbay­can Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı İlham Əliyev tərəfindən Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayon­larının azad olunmasında fərqləndiklərinə görə təltif edil­ən medalları təqdim olunub.

Tərxis edilən hərbi qulluqçuların təntənəli yola salınması təşkil edilib, onlarla xati­rə fotoşəkilləri çəkilib və şəxsi heyət DSX-nin hərbi orkestrinin ifasında “Cəngi” mu­si­qisinin sədaları altında xüsusi ayrılan avtobuslarla yaşadıqları bölgələrə yola salın­­ıblar.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin