fbpx

Azərbaycan Ordusunun Baş Qərargah rəisi azad edilmiş ərazilərə gedib

BEY MEDIA İnformasiya agenti xəbər verir


Yanvarın 19-da Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin fəaliyyətini yoxlayıb.

Bu barədə Metbuat.az– a Müdafiə Nazirliyindən məlumat verilib.

Baş Qərargah rəisi qoşun xidmətinin və döyüş növbətçiliyinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitilə tanış olub. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasını təmin etmək üçün bütün lazımi şərait yaradılıb.

General-polkovnik K.Vəliyev şəxsi heyətin qayğıları ilə maraqlanıb, hərbi qulluqçulara xidmətlərində uğurlar arzulayıb.

Sonra Baş Qərargah rəisi hərbi hissə komandirləri və onların müavinləri ilə keçirilən toplanışda iştirak edib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb.

Qeyd olunub ki, keçirilən toplanışın əsas məqsədi zabitlərin müasir ümumqoşun döyüşünün aparılması, eləcə də bölmələri idarəetmə üzrə nəzəri biliklərin və peşəkarlığının, döyüş işinin təşkili zamanı qərar qəbuletmə və təşkilatçılıq bacarıqlarının təkmilləşdirilməsidir.

Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında orduda aparılan davamlı islahatların həyata keçirilməsi ilə bağlı qarşıda duran vəzifələrin icrası, eləcə də müdafiə nazirinin döyüş növbətçiliyinin və qoşunların döyüş qabiliyyətinin daha da artırılması ilə əlaqədar göstərişlərini komandir-rəis heyətinin diqqətinə çatdırıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin