fbpx

“O dəhşətli görüntülər gözümün önündədir”

BEY MEDIA İnformasiya agenti xəbər verir


Bu gün 20 Yanvar faciəsinin üstündən 32 il keçir. Ümumxalq hüzn günü hər kəs məşum yanvar gecəsi həlak olan şəhidlərimizin ruhunu ehtiramla yad edir, onların məzarlarını ziyarət etmək üçün Azərbaycan xalqının qürur yerinə çevrilmiş Şəhidlər Xiyabanını ziyarət edir. 20 Yanvar hadisələrində həyatlarını itirənlər arasında uşaqların olması bu faciənin acısını daha da artırır.

Metbuat.az Sputnik Azərbaycan-a istinadla 20 Yanvar faciəsində həyatını itirmiş 13 yaşlı Larisa Məmmədova ilə bağlı onun təhsil aldığı məktəbdən hazırladığı reportajı təqdim edir:

“Düz 32 il əvvəl o, bu partanın arxasında əyləşərək dərs dinləyirdi. Bu gün isə onun təhsil aldığı sinif otağında xatirəsi anılır, əyləşdiyi partanın üzərinə, stendinin qarşısına qərənfillər düzülüb. 132-134 nömrəli Təhsil Kompleksi də elə matəm ab-havasında idi. Axı bu təhsil ocağı düz 32 il bundan əvvəl, 20 Yanvar faciəsində öz istedadlı şagirdini, Larisa Məmmədovanı itirmişdi… Larisanın xatirəsinə təhsil müəssisəsinin dəhlizlərindəki bütün monitorlar yanvar faciəsini əks etdirən görüntüləri əks etdirirdi. Elə bütün məktəblərdə olduğu kimi, bu Təhsil Kompleksində də ilk dərs 20 Yanvar faciəsinə həsr edilmişdi.

Larisa Məmmədovanın şəkilləri - Sputnik Azərbaycan, 1920, 19.01.2022

Amma 132-134 nömrəli Təhsil Kompleksində, Larisanın oxuduğu sinifdə vəziyyət bir qədər fərqli idi. Onlar yanvar faciəsinin bütün qurbanları ilə yanaşı, bu gün sinif otağında o dəhşətli gündə şəhid olan Larisa Məmmədovadan da danışırdılar. Azərbaycan dili müəllimi Səriyyə Rzayeva Sputnik Azərbaycan-a bildirib ki, 20 Yanvarı Larisanın faciəsi üzərindən anlatmaq çətin olsa da, şagirdlərə tariximiz barədə məlumat vermək vacibdir:

Larisanın pianinosu da bu gün köklənmişdi. Təhsil müəssisəsinin akt zalındakı pianinonun arxasında ürəyindəki böyük arzuları yarımçıq qalmış Larisa əyləşməsə də, bu gün səslənən musiqi onun xatirəsinə həsr olunmuşdu. Təhsil Müəssisəsində təşkil olunan tədbirdə Larisanın timsalında bütün 20 Yanvar şəhidlərinin, bu faciədə həlak olan şagirdlərin xatirəsi anılırdı.

Larisa Məmmədovanın şəkilləri - Sputnik Azərbaycan, 1920, 19.01.2022

Elə Larisanın anası Qalina Məmmədova, bacısı Nərmin Məmmədova da anım tədbirində iştirak edirdi. Qalina Məmmədova 32 il əvvəl baş vermiş hadisəni belə xatırlayır:

“Mən evdə körpə uşaqla idim. Larisa uşağa baxmaqda, ev işlərində mənə kömək edirdi. Həyat yoldaşım Fərman Məmmədov işə gedirdi. Larisa da təzə paltarlarını geyindi ki, atamla gedirəm. Mən həmin gün Larisanı atası ilə getmək fikrindən nə qədər daşındırmağa çalışsam da o inad etdi. Ümumiyyətlə atasının işinə getməyi çox sevərdi. Hərdən evdə “peraşki” bişirən kimi büküb isti-isti atasına aparardı. Atası da onu avtobusda gəzdirərdi. Elə həmin gün də atası ilə avtobusda gəzmək üçün getmişdi. Həyat yoldaşım Larisa ilə birgə 1990-cı ilin 19 yanvardan 20-ə keçən gecə saat 10:00 radələrində evdən çıxdı. Onlar Leytenant Şmidt adına zavoda getmişdilər. Əsgərlər zavodun yanında Fərmanla Larisanın oturduqları avtobusu da gülləbaran etdilər. Mən hadisə barədə xəbər tutanda artıq gec idi. Həmin günü xatırlayanda o dəhşətli görüntülər yenidən gözümün önündə canlanır. Mən, əlimdə körpə övladlarımla çıxılmaz durumda qalmışdım. Bütün yaralıların Semaşko xəstəxanasına aparıldığını öyrəndim. Ora gedəndə Fərmanın ayağından yaralandığını dedilər. Qızımı isə morqdan tapdım”.

Qalina Məmmədova anası - Sputnik Azərbaycan, 1920, 19.01.2022

Anası deyir ki, Larisanın ürəyində çox arzuları yarımçıq qaldı.

“O, gözəl rəsm çəkir, toxuyur, pianino çalırdı. Deyirdi ki, ya rəssam olacaq, yaxud da musiqi müəllimi. Bu gün pianinoda ifa edən qızı görəndə Larisanın bu arzusu yadıma düşdü. Mən 20 Yanvar hadisəsindən sonra Larisa haqqında heç kəslə danışmaq istəmirdim. Amma sonra 20 Yanvar da günahsız şəhid olan hər kəs kimi Larisanın da xatirəsinin daim yaşamalı olduğunu anladım. Çox sevinirəm ki, Larisa təhsil aldığı məktəbdə belə anılır. Onu unutmurlar. Larisa Məmmədovanın adına Bakı şəhərində küçə var. Yanvar faciəsi Azərbaycanda yaşayan, milliyətindən asılı olmayaraq bu ölkənin vətəndaşı olan hər kəsin faciəsidir.

Bu ağrını hər birimiz öz ürəyimizdə gəzdiririk. 32 ildə yaramız sadəcə qaysaq bağlayıb. Hər il yanvar ayının 19-dan 20-ə keçən gecə bu yara qanayır”.Larisa Məmmədovanın şəkilləri - Sputnik Azərbaycan, 1920, 19.01.2022

Larisanın bacısı, o şəhid olanda 4 aylıq olan Nərminə Məmmədova isəbunları danışıb:

“Çox təəssüf ki, mən o zaman çox körpə olmuşam. Amma bacım məni çox sevirmiş. Anama məni saxlamağa kömək edirmiş, qardaşımı bağçaya aparırmış. Mən bu gün bacımın 7-ci sinfə qədər oxuduğu məktəbdə müəllim işləyirəm. Məktəbin pedoqoji və şagird heyəti Larisanı heç vaxt unutmur”.


Larisa Məmmədovanın şəkilləri - Sputnik Azərbaycan





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin