fbpx

Məşhur jurnalist 20 Yanvar xatirələrindən YAZDI: “Bakıya gizli yolla gəldim”

BEY MEDIA İnformasiya agenti xəbər verir


Azərbaycan əsilli tanınmış fotojurnalist Reza Deqati sosial şəbəkə hesabından Qanlı Yanvar hadisələri ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, fotojurnalsit yanvarın 19-dan 20-nə keçən gecədə sovet əsgərlərinin Bakıda törətdiyi qətliamla bağlı xatirələrini də bölüşüb.

Deqati Bakıya gizli yolla gəldiyini, əyani sübut üçün çətinliklə də olsa, bəzi fotolar çəkə bildiyini deyib:

“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə rus tankları pulemyotlardan atəş açaraq paytaxt Bakıya daxil oldular. Qırğın yüzlərlə ölü və yaralı ilə nəticələndi. Şəhər jurnalistlər üçün bağlı idi. Amma 48 saatlıq səfərdə özümü gizlətməklə Moskvadan qatara minərək ora çata bildim. Mən rusların bu üsyanı zorakılıqla yatırmasının əyani sübutunu verə bildim. Şəkillərdən bəzilərini nişansız polis maşınlarının şüşələrindən çəkdim.

Deqati paylaşımında 20 Yanvar hadisələrinin simvoluna çevrilmiş qərənfildən də danışıb:

“Bu hadisədən sonra milli çiçəklər ölkəni deyil, qanlı gecəni təmsil etdi. Qırmızı qərənfillər artıq müstəqillik uğrunda canlarından keçənlərin xatirəsini yad etmək üçün qəbirlərin üzərinə qoyulur”, – deyə o bildirib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin