Büdcədə qeyri-neft gəlirlərinin payı artıb
BEY MEDIA İnformasiya agenti xəbər verir
2021-ci ildə dövlət büdcəsinin gəlirləri 25427,0 mln manat proqnoza qarşı 3,8 faiz və ya 968,5 mln manat artıq icra olunaraq 26395,5 mln. manat təşkil edib.
Maliyyə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, bu, 2020-ci illə müqayisədə 1713,8 mln. manat və ya 6,9 faiz çoxdur.
Büdcənin qeyri-neft sektoru üzrə daxilolmalar 12859,2 mln. manat məbləğində icra edilib ki, bu da proqnozla nəzərdə tutulduğundan 1208,2 mln. manat və ya 10,4 faiz çoxdur. Bu da 2020-ci illə müqayisədə bu, 2179,6 mln. manat və ya 20,4 faiz çoxdur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.