fbpx

18 yaşdan kiçik şəxslər Qarabağa gedə bilməyəcək

Rüya Yorumları burda

BEY MEDIA İnformasiya agenti xəbər verir


İşğaldan azad edilmiş ərazilərə 18 yaşdan kiçik şəxslər buraxılmayacaqlar.

Bu barədə açıqlamanı Metbuat.az-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər.

“İşğaldan azad edilmiş ərazilərə təşkil olunan avtobus reyslərinə 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları bilet ala bilər. İlkin mərhələdə yalnız 18 yaşdan yuxarı Azərbaycan vətəndaşlarının səfər etməsi planlaşdırılıb. Növbəti mərhələdə isə 18 yaşdan kiçik şəxslərin də azad edilmiş ərazilərə səfər etməsi mümkün ola bilər”.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov da məsələ ilə bağlı açıqlamasında əlavə edib ki, işğaldan azad edilmiş rayonlara səfər edən hər bir sərnişin fərdi qəza sığortası ilə təmin edilir:

“Avtobus reysinə bilet almış sərnişin müvafiq olaraq sığortalanmış sərnişin hesab edilir”.

Məlumat üçün bildirək ki, azad edilmiş ərazilərə təşkil olunan avtobus reyslərinə biletləri YolumuzQarabaga.az portalı vasitəsilə yalnız onlayn rejimdə almaq olar.

Gülbəniz Hüseynli / METBUAT.AZ

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu