fbpx

Neqativ hallara yol vermiş media qurumu barədə tədbir görüləcək

BEY MEDIA İnformasiya agenti xəbər verir


21.01.2022-ci il tarixdə, saat 22:11-də “haqqın.az” saytında prokurorluq orqanlarının nüfuzuna xələl gətirməyə yönəlmiş “Помощник прокурора Апшерона на общественных началах оказался мошенником. Но суд не отправил его в тюрьму” başlıqlı məqalə dərc edilmişdir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, məqalə həqiqəti əks etdirmir: “Süni şəkildə ictimaiyyətin marağını cəlb etmək məqsədilə hazırlanmış məqalədə öz əksini tapmış həqiqətə uyğun olmayan məlumatlar tərəfimizdən təkzib edilməklə bildiririk ki, Elbrus Əliyev prokurorluq orqanlarından son yaş həddi ilə 07.02.2007-ci il tarixdə təqaüdə çıxmaqla, həmin vaxtdan etibarən prokurorluq orqanları ilə hər-hansı əlaqəsi olmamışdır.

Həmçinin, qeyd olunmalıdır ki, Elbrus Əliyevin Abşeron rayon prokurorluğunda ictimai əsaslarla çalışdığını bildirməsi onun dələduzluq cinayətini törətmək üçün insanların etibarını qazanmaq üsulu kimi seçilmişdir. Lakin təəssüflər olsun ki, məlumatlar rəsmi dövlət qurumu ilə dəqiqləşdirilmədən ictimailəşdirilmişdir.

Eyni zamanda məqalədə Abşeron rayon prokurorluğunun lövhəsinin fotosu yer almış, lakin qeyd olunan cinayət hadisəsi ilə həmin rayon prokurorluğunun hər hansı əlaqəsi olmamışdır. Prokurorluq orqanları tərəfindən bu kimi provokativ və neqativ hallara yol vermiş media qurumlarının barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin ediləcəkdir”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin