fbpx

Son bir ildə 100-dən çox uşaq övladlığa verilib

Rüya Yorumları burda

BEY MEDIA İnformasiya agenti xəbər verir


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ötən il ərzində 58-i qız, 56-ı oğlan olmaqla 114 uşaq övladlığa verib.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, övladlığa götürülmüş uşağın 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə monitorinqlər aparılır.

Bildirilib ki, ötən il reinteqrasiya tədbirləri də davam etdirilib və nəticədə son bir ildə 89 uşağın dövlət uşaq müəssisələrindən ailələrinə qayıdışına nail olunub.

Rüya tabirlerini burdan oku

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Həmin vaxtdan ümumilikdə 73-ü oğlan, 74-ü qız olmaqla 147 uşaq övladlığa verilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu