fbpx

Uşaqları xəstəlikdən necə qoruyaq? – Tanınmış pediatrdan MƏSLƏHƏTLƏR

Rüya Yorumları burda

BEY MEDIA İnformasiya agenti xəbər verir


Mövsümlə əlaqədar olaraq ən çox ünvanlanan suallardan biri də uşaqları xəstəliklərdən necə qorumaqla bağlıdır.

Metbuat.az xəbər verir ki, tanınmış uşaq pediatr-neonatoloqu Altay Abdullaoğlu deyir ki, ümumiyyətlə xəstəliklərdən qorunmaq xəstəliyi müalicə etməkdən daha asandır.

Rüya tabirlerini burdan oku

“Qışda hava, damcı yolu ilə keçən xəstəliklər artmaqdadır. Bu o deməkdir ki, biz xəstələndiyimizdə öskürməklə, asqırmaqla çox sayda viruslar havaya yayılır. Bu havanı evdəki digər insanlar qəbul etdiyi zaman xəstəliyə yoluxma riski artır. Ona görə də xəstə adamı izolə etmək lazımdır. Ayrı otağa keçməli, qapısı bağlı olmalı, otağın havası tez-tez dəyişdirilməlidir. Digər ailə üzvlərindən maksimum təmas saxlanılmalıdır”.

Həkimin sözlərinə görə, xəstəliklərdən qorunmaq üçün özəl bir dərmanlar yoxdur. Xəstəlik şübhəsi varsa uşaqlara çoxlu maye vermək lazımdır.

“Böyük uşaqdırsa vitamin C tərkibli meyvələr, tərəvəzlər vermək, bol maye qəbul edilməsi tövsiyə olunur. Burun axıntısı varsa spreylər, burun üçün damcılar istifadə oluna bilər. Bütün bunlara əməl olunsa körpələri və azyaşlı uşaqları xəstəliklərdən qorumaq olar”.

Gülbəniz Hüseynli / Metbuat.az





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu