İstanbulda həyat dayanıb: Şəxsi avtomobillərin hərəkətinə QADAĞA QOYULDU
BEY MEDIA İnformasiya agenti xəbər verir
İstanbulda əlverişsiz hava şəraiti davam etməkdədir. Bu səbəbdən, şəhərdə şəxsi avtomobillərin hərəkəti qadağan edilib.
Metbuat.az xəbər verir ki, bu haqda İstanbul valisi Əli Yerlikaya şəxsi “Twitter” hesabı üzərindən paylaşım edib.
Bildirilib ki, yerli vaxtla saat 13.00-a qədər İstanbulda şəxsi avtomobillərin hərəkəti qadağandır. Həmçinin, İstanbul Hava Limanında da uçuşlar ləğv edilib.
Qadağaya səbəb kimi fasiləsiz davam edən güclü qar yağışı göstərilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.