Sabahın hava proqnozu açıqlandı
BEY MEDIA İnformasiya agenti xəbər verir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabahkı hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Metbuat.az–a bildirib ki, ötən illə müqayisədə bu ilin yanvar ayı qarlı hava şəraitinin çoxluğu ilə fərqlənib.
“Qonşu Türkiyə və Rusiyada intensiv qar prosesləri müşahidə olunur, soyuq hava kütləsi cənub enliklərə hərəkət edərək hava şəraitinin kəskinləşməsinə səbəb olsa da, Azərbaycanda yanvarın 26-da hava şəraiti nisbətən mülayim keçəcək. Əksər rayonlarda axşama qədər hava şəraiti əsasən yağmursuz keçəcək, havanın temperaturu yanvar ayının iqlim normasına uyğun olacaq”,-deyə U. Tağıyeva bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.