“Qarabağ”ın matçı güclü qar səbəbindən ləngiyib
BEY MEDIA İnformasiya agenti xəbər verir
“Qarabağ” və Çexiyanın “Bohemians” klubları arasında keçiriləcək yoxlama oyunu təyin olunan vaxtda başlamayıb.
Metbuat.az bildirir ki, buna səbəb Türkiyənin Antalya şəhərində hökm sürən qarlı hava şəraiti olub.
Bakı vaxtı ilə saat 12:00-da start götürməli olan matç meydanın qardan təmizlənməsi zamanı yaşanan çətinliklərə görə ləngiyib.
Oyunun yeni başlama vaxtı isə hələlik elan edilməyib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.