fbpx

Ötən il ölkədə elektrik enerjisi istehsalı artıb

BEY MEDIA İnformasiya agenti xəbər verir


2021-ci il üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, dekabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2591,2 mln. kVtst, ixracı 289,6 mln. kVtst, idxalı 10,5 mln. kVtst olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə dekabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 201,4 mln. kVtst, ixrac 127,9 mln. kVtst artıb, idxal isə 0,2 mln. kVtst azalıb.

Bu barədə Metbuat.az-a Azərbaycan Energetika Nazirliyi məlumat veriblər. Qeyd olunur ki, 2021-ci ilin yanvar-dekabr aylarında isə respublikada (əsas fəaliyyəti elektrik enerjisi istehsalı olmayan təsərrüfat subyektləri də daxil olmaqla) ümumi elektrik enerjisinin istehsalı 2020-ci illə müqayisədə 2044,8 mln. kVtst artaraq 27856,0 mln. kVtst olub. Hesabat dövründə 2020-ci ilin 12 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 1840,5 mln. kVtst artaraq 26238,8 mln. kVtst, SES-lərdə 207,9 mln. kVtst artaraq 1277,3 mln. kVtst, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 3,6 mln. kVtst azalaraq 339,9 mln. kVtst olub. Külək elektrik stansiyalarında 91,5 mln. kVtst, günəş elektrik stansiyalarında 55,2 mln. kVtst, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 193,2 mln. kVtst elektrik enerjisi istehsal edilib.

İl ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25038,0 mln. kVtst (İES-lərdə 23905,0 mln. kVtst, SES-lərdə 1133,0 mln. kVtst), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 451,0 mln. kVtst (İES-lərdə 269,5 mln. kVtst, SES-lərdə 130,3 mln. kVtst, GES-də 51,2 mln. kVtst), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 66,1 mln. kVtst, müstəqil elektrik stansiyaları üzrə 2300,9 mln. kVtst təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 1677,1 mln. kVtst olmaqla, 2020-ci illə müqayisədə 526,4 mln. kVtst, elektrik enerjisinin idxalı isə 151,5 mln. kVtst olmaqla, 2020-ci ilə nisbətən 15,0 mln. kVtst artıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin