fbpx

​”Media haqqında” qanun ifadə azadlığına tam təminat verir

Rüya Yorumları burda

BEY MEDIA İnformasiya agenti xəbər verir


“Media haqqında” qanun Azərbaycan informasiya mühitinin sağlamlaşdırılmasına, Azərbaycan jurnalistinin nüfuzunun qaytarılmasına bir töhfə olacaq”.


Metbuat.az“>Metbuat.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli deyib.

“Azərbaycanın hər bir qəzetinin, hər bir saytının öz siması olmalıdır. Azərbaycan jurnalistinin hörməti, nüfuzu digər peşə sahibərindən fərqlənməməlidir. Məhz bu hörməti jurnalist özü, öz siması, öz sözü ilə qazanır. Bu yaxınlarda da Milli Məclisin lll oxunuşundan keçən və geniş müzkairə olunan “Media haqqında” qanun Azərbaycan İnformasiya mühitinin sağlamlaşdırılmasına, Azərbaycan jurnalistinin nüfuzunun qaytarılmasına bir töhfə olacaq. Bəzilərinin qısqanclıqla qarşılamasına baxmayaraq “Media haqqında” qanun ifadə azadlığına tam təminat verir, onun bütün maddələri Azərbaycan mediasının inkişafı üçün hesablanıb və bu həyata keçdikcə bizim mediamız fəaliyyətlərində bunu hiss edəcəklər”.

Onun sözlərinə görə, cəmiyyətin media savadlılığının inkişafı üçün müxtəlif qurumların media ilə geniş əlaqəsi önəmlidir:

Rüya tabirlerini burdan oku

“Biz cəmiyyətimizin informasiyanı qəbul edən kəsiminin media savadlılığını biz inkişaf etdirməliyik ki, insanlar feyknyusla doğru xəbəri fərqləndirə bilsin. Cəmiyyətimiz düzgün, yanlış, mötəbər xəbərləri ayıra bilsin. Bu üç komponentin hər biri istiqamətində əl- ələ verib işləsək, səylərimizi əsirgəməsək, bu, həm peşəkar mediaya gətirib çıxaracaq, həm peşəkar informasiya qaydalarına gətirib çıxaracaq, həm də cəmiyyətin özünün ümumi intellektual səviyyəsinin inkişafına dəstək olacaq.

Xüsusi olaraq vurğulmaq istəyirik ki, DGK-nın media ilə işi digər qurumlar üçün də nümunə olmalıdır və bu nümunədən nə qədər çox bəhrələsənsək, Azərbaycan mediasının ilkin mənbədən informasiya əldə etmək imkanı artacaq”.

Gülər Seymurqızı




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu