Tailandda 5 yaşdan böyük uşaqların vaksinasiyası başlayacaq
BEY MEDIA İnformasiya agenti xəbər verir
Tailandda fevralın 1-dən etibarən 5-11 yaşlı uşaqların koronavirusa qarşı vaksinasiyası başlayacaq.
Metbuat.az xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Qeyd olunur ki, vaksinasiya prosesinin başlanması üçün 3 milyon doza “Pfizer” vaksini Tailanda gətiriləcək. Vaksinin ikinci dozası uşaqlara fevralın sonunda vurulacaq.
Ölkədə ötən ilin oktyabrından etibarən 12-18 yaşlı yeniyetmələrin vaksinasiyası aparılır.
Qeyd edək ki, Tailandda koronavirusa qarşı peyvəndləmə 2021-ci il fevralın sonunda başlayıb. Bu günədək 52 milyondan çox şəxs birinci doza, 48 milyondan çox şəxs hər iki doza peyvəndlənib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.