Səni sevəni sevmək özünə vurğunluqdur. Səni sevməyəni sevmək, bax bu məhəbbətdir…
Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər.
Əgər bir insan sənin üçün həqiqətən də dəyərlidirsə, o sənə nə qədər acı yaşatsa da, sən onu bağışlayacaqsan…
Heç bir şey yolunda getmir əslində, sadəcə mən görməməzliyə vururam.
Qəribədir insan, eyni zarafata dəfələrlə gülməz amma eyni acıya dəfələrlə ağlayar.
Hər kəsin istədiyi kimi biri olmaq üçün doğulmamışam.
Heç vaxt başqa insanlar üzülməsin deyə özünü üzmə. Unutma; Sən dözürsənsə, onlar da dözə bilər.
Könül almağı bacarmayana ömür əmanət edilməz..
Həyatdan dərs almağı bacaran insan xoşbəxtdir.
Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş.
Birini sevməyə başlamaq başlı başına bir iş, bir cəhddir. Güc istər, ürək istər, korluq istər. Hətta başlanğıcda elə bir an vardır ki uçurumun üstündən sıçramaq istər; düşünməyə çalışsan aşa bilməzsən onu.
Dünyadakı ən qəribə və üzücü şey; Bir vaxtlar bir-birinin hər şeyini bilən iki insanın tamamilə yadmış kimi davranmasıdır.
Bir gün ürəyincə yaşamaq yüz il sürünə sürünə yaşamaqdan yaxşıdır.
Məsafələr, sevməyi bacarmayanların bəhanəsidir…
Bəzən düşünmədən yaşamaq lazımdır, bəzən də yaşadıqlarını düşünməmək…