fbpx

Təbii ol. Özün kimi ol.

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Kişiləri fərqli stereotiplərə görə qruplaşdırmaq asandır: idmançı, ata, icraçı,güclü və ya sakit, maçı tipi və sair. Lakin hər bir kişinin özünəməxsus bir çox fərqli cəhəti – parfüm kimi.

Bu cəhətlər ziddiyyətli görünə bilər, ancaq eyni şəxsin fərqli hissələridir. Həftə ərzində şık kostyum geyinməyi sevən kişilər, həftəsonu bağda üst-başını çirkləndirməkdən həzz alırlar. Saçlarlna çox vaxt ayıran kişilər, bəzən ümumiyyətlə onlara fikir verməməyə üstünlük verirlər. Xarici görünüşdən asılı olmayaraq, daxildə onların təbiiliyi və özünəməxsusluğu həmişə var.

L’Occitane markasının yenilənmiş Cade seriyasının əsasında olan Ardıc efir yağı, çoxtərəfli və ziddiyətli görünə bilən bitkidən alınır. Sərt və möhkəm olan bu bitki kəskin iqlim şəraitində böyüyə bilir. Bu bitkinin verdiyi efir yağı qoruyucu və sakitləşdirici xüsusiyyətlərinə görə tanınır.

Beləliklə bu təbii inqrediyent kişi dərisinə qulluq üçün mükəmməldir!

Rüya tabirlerini burdan oku

L’Occitane en Provence1994-cü ildə, ardıc bitkisindən ilhamlanaraq, kişilər üçün ətir, təraş və üz qulluğu vasitələrinin istehsalına başlamışdır. Bu zamandan etibarən, kişilərin tələb və istəklərini ən yüksək .əkildə qarşılamaq üçün öz bilik və təcrübələrini tətbiq edir və mükəmməlləşdirir.

L’Occitane’da məhsulların ətraf mühitə təsirini azaltmaq üçün, onların təbii və bioparçalanan xüsusiyyətlərini təkminləşdirirlər.

Araşdırmaların əsas məqsədi daha da təbii olmaqdır!

Təbii mənşəli inqrediyentlərdən istifadə etməklə, eyni zamanda planetin biomüxtəlifliyinə hörmətlə yanaşan brend, davamlı tədarük zəncirini də təmin etmiş olur. Yeni Cade kolleksiyası da belə təkminləşdirilmişdir.

Cade kolleksiyasından olan bütün məhsulların istehsalında silikon və fenoksietanoldan istifadə edilməmişdir!

Kişi dərisi qadın dərisindən fərqlənir, bu faktdır. O daha qalın (25%), daha yağlı və gündəlik təraş zamanı zədələnə biləndir. Digər tərəfdən kişi dərisi qalın olduöundan, daha gec qocalır. Kişilərdə qadınlara nisbətən dərinin kollagen lifləri daha sıxdır – bununla da kişilərdə qırışların qadınlara nisbətə daha gec yaranması izah olunur. Lakin qırışlar əmələ gəldikdə, onların daha dərin və görünən olur. Bu səbəbdən dəriyə qulluq kişilər üçün də vacibdir.

Kişilər qulluq vasitələrində sadəliyə üstünlük verirlər. Ehtiyaclarına uyğun olan təmiz və təbii formullar axtarışındadırlar. Onlar üçün məhsulda olan əsas xüsusiyyətlər: sadəlik və çoxfunksionallıqdır. Həmçinin həyat tərzlərinə uyğun, məsələn səyahət edərkən və ya idman zalllarına götürə biləcək kiçik məhsullara da üstünlük verirlər.

Bunu nəzərə alaraq, L’Occitane əksər məhsullarını satışa iki ölçüdə təqdim edir: tam format və səyahət formatı.

Ardıc kol və ya ağac şəklində bitir. İnanılmaz dərəcədə möhkəmdir və quraqlıq, soyuq temperatur və yararsız torpaq kimi çətinliklərə tab gətirə bilir. Ardıc efir yağı illər öncə L’Occitane’ın diqqətini cəlb etmişdir.

Fərqli qoxusu (odun, torpaq), eyni zamanda efir yağında fərqli qoruyucu və sakitləşdirici xüsusiyyətləri var.

Ardıc efir yağı olduqca nadirdir və onu əldə etmək çətindir. Ağac oktyabr-aprel ayları aralığında kəsilir, sonra ən azı iki il qurudulur. Yaxşı bir şərab kimi, Ardıc ağacı da illər ilə daha da yaxşılaşır.

Yüksək keyfiyyətli efir yağı əldə etmək üçün ağac iki-üç il qurudulmalıdır. İstehsal prosesi çox vaxt apardığı üçün, bu efir yağı bu qədər qiymətlidir. Qurudulduqdan sonra bu ağac kiçik hissəsciklərə bölünür və distilə olunur. Distilyasiya prosesi dörd saat çəkir və iki dəfə aparılır.

Ardıc efir yağı rozmarin efir yağı ilə qarışdıqda sakitləşdirici və antioksidant xüsusiyyətlərini əldə edir. Bu birləşmə Cade məhsullarının hər birində mövcuddur və dəridə artıq sebum (yağ) ifrazını azaldır.

İstifadə edilən Ardıc 100% təbiidir və Manosk fabrikasının yaxınlığında Fransanın Ardeş bölgəsində bitir.

L’Occitane’da görülən hər bir iş öhdəliklərə bağlıdır. Ardıc ağacının emalında biomüxtəlifliyə hörmətlə yanaşılır və istehsalçılar dəstəklənir.

Maykl komte Ardeş bölgəsində 100% təbii Ardıc ağaclarını böyüdür. 17 yaşında o, artıq distilyasiya prosesini haqqında tam geniş məlumata sahib olub. O, “Natura 2000” Ardeş təbiət qoruğunda Ardıc ağaclarını böyüdən istehsalçılarından biridir.

Maykl meşə idarəsində işləyir və onun əsas vəzifələrindən biri meşə ərazilərini təmizləməkdir. Bu öz növbəsində yerli ekosistemə böyük zərər qətirən meşə yanğınlarının qarşısını alır.

Ardıc ağaclarının qırıntılarını istifadə edən L’Occitane, tullantı məhsulu sayılan bu xammalın istifadəsini təmin edir.

L’Occitane’ın yenilənmiş Cade məhsulları parlaq və eyni zamanda sadə görünüşə malikdirlər. Dizaynlarında üç rəngdən istifadə edilmişdir: tünd mavi, gümüşü və qəhvəyi. Mümkün olduqca təkrar emal olunmuş materiallardan istifadə edilir və eyni zamanda onların təkrar emal olunması təşviq olunur.

Google News Abone ol


Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu