Türkmənistanın yeni prezidenti Sərdar Berdıməhəmmədovun qəbul etdiyi bəzi qanunlar: Qadınlar haqqında
“Bədənə yapışan paltar” geyimlər qadağandır. Qadınlara yalnız milli geyimlər məsləhət görülür.
Dırnaq və kirpiklərin uzadılması bundan sonra qadağandır, bütün gözəllik salonlarında ustalardan bu cür xidmətlərin aradan qaldırılması tələb olunur. Əks halda – 15 gün həbs cəzası.
Saçların rənglənməsi də qadağan olunub – həm gözəllik salonlarında, həm də evdə.
Qadınlar avtomobildən yalnız kişi qohumunun müşayiəti ilə və yalnız saat 20:00-dan gec olmayaraq istifadə edə bilərlər. Bununla yanaşı onların qabaq oturacaqda əyləşməyi qadağan edilib. Qaydaları pozanlar 2000 dollar cərimə olunacaqlar.
Botoks güclü zəhər vasitəsi kimi tanınıb, idxalı və istifadəsi qadağandır.
Bundan əlavə, hazırda ölkə parlamenti qadınların xaricə getməsinə tamamilə qadağan olunmasını müzakirə edir. Yeni prezidentin sözlərinə görə, “belə qadınlar xaricə getməklə ölkənin reputasiyasına xələl gətirir”.
Fikirləriniz maraqlıdır