fbpx

Putin: Biz Ukraynadan taxıl ixracını dəstəkləməyə hazırıq

Prezident Vladimir Putin Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində ağırlaşan qlobal ərzaq böhranı zamanı Ukraynadan taxıl ixracını dəstəkləməyə “hazır” olduqlarını açıqlayıb.

Soçidə Afrika İttifaqı ilə görüşdə çıxış edən Rusiya lideri taxılın ölkənin Qara dəniz limanları vasitəsilə rahat ixracına dəstək ola biləcəklərini bildirib.

Moskva Ukraynanın taxıl və gübrə ixracını məhdudlaşdırmaqla qlobal ərzaq qiymətlərinin artmasına təkan verməkdə ittiham olunur. Lakin Rusiya prezidenti ölkəsinin Ukraynanı blokadaya aldığını inkar edir.

Putin həmçinin Rusiyanın nəzarətində olan Azov və Qara dəniz limanları vasitəsilə Ukrayna taxılının təhlükəsiz ixracına kömək etməyə hazır olduğunu bildirib. O, bəyan edib ki, bununla bağlı “ən yaxşı həll yolu” Rusiyanın müttəfiqi Belarusa qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasıdır ki, taxıl daşınsın.

“Afrika-Ukrayna müharibəsinin günahsız qurbanı”

Afrika qitəsini təmsil edən 55 üzvlü Afrika İttifaqının prezidenti Macky Sall Soçidə keçirilən toplantıda çıxışında Afrika ölkələrinin Ukraynadakı müharibənin “günahsız qurbanlarına” çevrildiyini bildirib.

Seneqal prezidenti Sall bildirib ki, qitənin buğda tələbatının 40 faizindən çoxu Rusiya və Ukraynadan ödənilir, ona görə də Rusiya insanların əzabını yüngülləşdirməyə kömək etməlidir.

BMT-nin böhran koordinatoru Amin Avad da limanların açılmamasının qıtlığa səbəb olacağını ifadə edərək, Afrikada yaşanacaq taxıl qıtlığının 1,4 milyard insanı təsir edə biləcəyini və kütləvi köçə səbəb ola biləcəyini bildirib.

Danışıqlardan sonra jurnalistlərin suallarını cavablandıran Sall deyib: “Mən Vladimir Putini qərarlı gördüm və böhran və sanksiyaların Afrika iqtisadiyyatları kimi zəif iqtisadiyyatlar üçün ciddi problemlər yaratdığının fərqində oldum”.

Putin: Ukrayna limanlarına, Ukraynaya mina qoyan biz deyilik

Rusiya lideri Rusiyanın Qara dənizdə gəmilərin hərəkətinin qarşısını almaq üçün minalar qoyması ilə bağlı iddialara da cavab verib.

“Ukrayna limanlarına mina qoyan biz deyilik, Ukrayna olub”, – Putin bildirib.

Aprel ayında Böyük Britaniya Müdafiə Nazirliyi Rusiyanın gəmi əleyhinə minaları suya buraxmaqda şübhəli olduqlarını açıqlamışdı.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin