Tarixdə bu gün: 24 dekabr
ABŞ vətəndaş müharibəsindən sonra köləlik tərəfdarı olan Konfederasiya ordusunun zabitləri Tennesi (Tennessee) ştatının Pulaski şəhərində 1865-ci ilin 24 dekabrında “Ku Klusk Klan” (Ku Klux Klan) adlı gizli irçi bir klub qurdular. Bu terror təşkilatının üzvləri zənciləri qorxudaraq ağların ölkənin cənubunda üstünlüyünü əldə saxlamağa çalışırdılar. Çox qısa müddətdə “Ku Klusk Klan” Amerika Birləşmiş Ştatlarındakı irqçilərin mərkəzi oldu.
Kıbrısdakı silahlı rumlar “Qanlı Milad” adı altında hücumlar təşkil edərək 1963-cü ilin 24 dekabrında Lefkoşada minbaşı (mayor) Nihat İlhanın ailəsini də hədəfə aldılar: İlhanın həyat yoldaşı Mürüvet İlhan və uşaqları Murad, Kutsi və Xaqan rum terrorçuları tərəfindən evlərində öldürüldü.
24 dekabr 1979-cu ildə keçmiş Sovet ordusu Əfqanıstanı işğal etdi. Yerli mücahidlərin 10 il davam edəcək müqaviməti və SSRİ-nin dağılma prosesi nəticəsində Sovet əsgərləri 1989-cu ildə Əfqanıstandan geri çəkilmək məcburiyyətində qaldılar.