fbpx

Dünyanın ən yaşlı erkək pandası vəfat etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Dünyanın ən yaşlı erkək pandası Honq-Konqdakı “Okean Park”ında zooparkda ölüb.

Metbuat.az BBC-yə istinadən xəbər verir ki, An An adlanan panda 35 yaşında evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkənlərin həyatdan məhrum edilməsi – red.) edilib.

Pandanın saxlanıldığı “Okean Park”ının rəsmiləri deyiblər ki, bu qərar pandanın səhhətində son bir neçə həftə ərzində sabit pisləşmə əlamətləri görüldükdən sonra qəbul edilib. Pandanın qida qəbulunun tədricən azaldığı və bərk qida qəbulunu tamamilə dayandırdığı, həmçinin yalnız maye qidalarla dolandığı bildirilib. Pandanın baxıcıları da onun fəaliyyət səviyyəsinin aşağı düşdüyünü və istirahət müddətlərinin getdikcə uzandığını müşahidə ediblər. Park rəsmiləri də pandanın narahatlığını azaltmaq üçün evtanizasiya etmək qərarına gəliblər.

Qeyd edək ki, panda An An yoldaşı Jia Jia ilə birlikdə 1999-cu ildə Çinin mərkəzi hökumətindən Honq Konqa hədiyyə edilib. Pandanın 35 il ömrü isə 105 yaşına qədər yaşayan insan ömrünə bərabərdir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin