fbpx

Əməkhaqları artırılacaq – TƏSDİQLƏNDİ

BEY.AZ informasiya agentliyi xəbər verir


Əməkhaqları artırılacaq və hamı üçün layiqli həyat səviyyəsi təmin ediləcəkdir. İşləyənlərin layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə minimum əməkhaqları artırılacaqdır. Xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına
nisbətinin məqbul səviyyəsi qorunacaqdır

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapıb.

“Bütün vətəndaşlar üçün ədalətli və əhatəli sosial müdafiə sistemi
qurulacaqdır. Pensiyaçılar üçün effektiv yığım, aztəminatlı əhali qrupu üçün zəruri
ehtiyacların ödənilməsi, əlilliyi olan şəxslər üçün isə sosial yardımların əlçatanlığı
artırılacaqdır. Pensiya sisteminin dayanıqlığı gücləndiriləcək, sosial sığortanın tətbiqi
genişləndiriləcək. Hamı üçün bərabər iştirak imkanı yaradan sosial təminat və sosial
xidmətlər sistemi inkişaf etdiriləcəkdir. Minimum pensiya məbləği minimum əməkhaqqı
səviyyəsinin 75‒80%-də saxlanılacaqdır”, sənəddə qeyd olunub.

Həmçinin özəl sektorda yeni iş yerləri yaradılacaq, məşğulluq səviyyəsi artırılacaq. Yeni iş yerləri yaradan sahibkarlıq fəaliyyəti stimullaşdırılacaqdır. Xüsusilə, regionlarda
kiçik və orta sahibkarlığın, eləcə də özünüməşğulluğun inkişafına zəruri şərait
yaradılmaqla əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunacaq,
qeyri-formal məşğulluğa qarşı zəruri qabaqlayıcı və nəzarət tədbirləri gücləndiriləcək,
bunun nəticəsində qeyri-dövlət sektorunda məşğul əhalinin payı 2021-ci ildəki
77,6%-dən artaraq 80%-ə çatdırılacaq. Qeyri-formal məşğulluğun mərhələli
azaldılması nəticəsində muzdla işləyənlər üzrə qeyri-dövlət sektorunun payı
50% (2021-ci il üzrə: 46,9%) təşkil edəcək.

Gülər Seymurqızı



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin