Keçi südündə koronavirus infeksiyasına qarşı təsirli protein aşkarlanıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Alimlər keçi südündə koronavirus infeksiyasına qarşı təsirli protein aşkarlayıb.
Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyənin Marmara Universitetində işləyən professorlar – Tuğba Tunalı Akbay, Göksəl Şener və Betül Okuyan keçi südündə koronavirusa qarşı təsirli protein tapıblar.
Onların keçi südünün COVID-19 virusuna təsiri mövzusunda apardığı araşdırma barədə məqaləsi “European Journal of Pharmacology”da dərc olunub.
Professor T.T.Akbay keçi südünün tərkibində olan zülalların koronavirusa təsir etdiyini görüblər. Onlar bu zülalların virusun insan orqanizminə təsir gücünü zəiflətdiklərini müşahidə edib. Məlum olub ki, keçi südünün tərkibindəki zülal reseptorları bloklayır və virusun hüceyrəyə daxil olmasına qismən mane olur.
T.T.Akbay keçi südünün bol istehlakının, eyni zamanda, orqanizmində immunitet səviyyəsini artırdığını bildirib və risk qrupuna daxil olan şəxslərin keçi südündən istifadə etməsini tövsiyə edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.